Astarada sel nəticəsinə körpü çöküb
Astara rayonunun Sərək kəndində sel suları 30 il bundan əvvəl vətəndaşlar tərəfindən kustar üsulla salınan körpünü dağıdıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, əsasən kiçik avtomobillərin və piyadaların keçidi üçün nəzərdə tutulan körpü tam yararsız hala düşüb.
Sel suları əsasən, körpünün torpaq qatını yuyub, üst hissəsini tamamilə dağıdıb və körpü çöküb.
Sakinlər bildiriblər ki, körpü qısa müddətdə təmir olunmasa, kəndlərin rayonla əlaqəsi tamamilə kəsiləcək.
Bələdiyyə sədri Mehman Quliyev APA-ya deyib ki, qəzalı körpü 3 kəndi - Sərək, Deqadi və Səlivə kəndlərini birləşdirir və təqribən 600 təsərrüfat, 2500-ə yaxın sakin körpüdən istifadə edir. Əraziyə müvafiq qurumlar tərəfindən baxış keçirilib, qısa müddətdə körpü əvvəlki vəziyyətinə qaytarılaraq əhalinin istifadəsinə veriləcək.
Qeyd edək ki, sözügedən körpünün eni təqribən 5 metr, uzunluğu isə 20 metr təşkil edir.




XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...