“AID Language Center” MMC-nin təkzib açıqlaması
Son günlər bəzi mətbuat orqanlarında və sosial şəbəkələrdə “AID Language Center” MMC-nin fəaliyyəti ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir və ictimaiyyəti yanlış istiqamətə yönəldir.
Məsələ ilə bağlı bildiririk ki:
1. Kamil Həsənli tərəfindən irəli sürülən “aldadılma” iddiaları əsassızdır. Şirkətimiz fəaliyyətini qanun çərçivəsində, müvafiq müqavilələr əsasında həyata keçirir.
2. Müqavilə bağlanarkən təhsil şərtləri və qəbul meyarları tam şəkildə izah olunmuş, sənədlərin uyğunluğuna dair ilkin mərhələdə məlumat verilmişdir.
3. Qarşı tərəfin şəxsi sənədlərində yaranmış uyğunsuzluqlar səbəbindən proqramda iştirak mümkün olmayıb. Bu, şirkətimizin məsuliyyətsizliyindən deyil, iştirakçının təqdim etdiyi sənədlərin uyğun gəlməməsindən irəli gəlib.
4. Vətəndaşın ödəniş tələbi əsasında, 3400 (üç min dörd yüz) manat məbləğ tam şəkildə geri qaytarılmışdır.
“AID Language Center” olaraq qeyd edirik ki, biz daim şəffaf fəaliyyət göstərir, müştərilərimizə keyfiyyətli xidmət göstərməyi və beynəlxalq təhsil proqramlarında iştirak imkanlarını təmin etməyi əsas prioritet hesab edirik.
Cəmiyyətimizi yayılan əsassız məlumatlara inanmamağa və dəqiq informasiya üçün yalnız rəsmi mənbələrə istinad etməyə çağırırıq.
Hörmətlə,
“AID Language Center” MMC-nin Mətbuat Katibi
Peyman Sadıqov

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək