Abşeronda elektrik açarını hansı qurum OĞURLAYIB? – Azərişıq”la “Azərenerji” ÜZ-ÜZƏ
“Klassik A” MMC-yə gələn Abşeron rayonu 83 saylı yarımstansiyanın 110-35-10 kV-luq xətti üzərində, 10 kV “TM-28” hava xəttindən budaqlaşma yerində quraşdırılmış elektrik açarı oğurlanıb.
Bu barədə Bizim.Media-ya müəssisənin direktoru İlham İsmayılov şikayət məktubu ilə müraciət edib. Müəssisə direktoru aylardır “Azərişıq” və “Azərenerji”nin problemin həllini bir-birilərinin üzərinə atdığını və şikayətinə baxılmadığını bildirir:
“Biz bu haqda “Azərenerji” ASC-yə dəfələrlə müraciət etmişik. Bunu qurumun işçiləri edib. Biz də bunu biləndən sonra müraciət etdik. Bizə dedilər ki, həmin işçilər dəyişib. Dedik ki, əvvəlki işçi hara gedibsə, onu tapıb gətirin, amma mümkün olmadı. Qarşıdan qış gəlir, xətdə olan açılmalar təhlükə yarada bilər. Hər hansısa bir təmir prosesində enerjini ayırırıq ki, müəssisəyə təhlükə yaranmasın. Yəni, bu qəza vəziyyətidir və süni şəkildə yaradılıb.
Biz həmin açarı öz vəsaitimiz hesabına qoymuşuq və bu da lahiyəyə salınıb. O açarı oğurlamaq, götürmək üçün yüksək gərginlik xətti yarımşəbəkədən ayrılmalıdır. Bunu da yalnız enerji işçiləri edə bilər”.
“Azərenerji” ASC-dən saytımızın sorğusuna cavab olaraq iddia təkzib edilib:
“Absurd bir məsələdir. “AzərEnerji” 500, 330, 220, 110 kV-luq yüksək gərginlikli ötürmə xətlərinə baxır. 10 kV-luq xəttin və ya elektrik açarının “AzərEnerji”yə nə aidiyyəti var?”
“Azərişıq” ASC isə məsələnin ümumiyyətlə onlara aid olmadığını bildirib.
Qeyd edək ki, şikayətçi problemlə bağlı dəfələrlə aidiyyatı qurumlara şikayət ünvanlayıb, lakin şikayətinə baxılmayıb. Yaranmış vəziyyət təkcə müəssisəyə deyil, həm də ərazidə yaşayan insanlar üçün təhlükə mənbəyinə çevirilə bilər.
Mövzunu diqqətdə saxlayacağıq…
Bizim.Media

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...