Lətifə Əzimovanın rəhbəri olduğu 220 saylı məktəbdə niyə pul yığılır?
Bakı şəhəri Nizami rayonu Elşən Süleymanov 92 ünvanında yerləşən 220 saylı məktəb-liseydən şikayət var.
Valideynlər sözügedən məktəbdə baş verən özbaşınalıqlardan bezdiklərini bildiriblər.
Onların sözlərinə görə Nazirlik hər dəfə məktəblərdən fond pulunun yığılmasının qəti qadağan olduğunu bildirsə də, burada hər ay valideynlərdən fond pulunun yığılır:
“Hər ayın əvvəlində “valideyn komitəsi” seçilən 1 nəfər ümumi sinifdə hər kəsdən 5-10 manat məbləğində pul tələb edir. Səbəb kimi də sinif üçün A4 vərəq, marker, spirt, salfetka və təmizləyici vasitələrin alınacağı deyilir. Hələ sinif otaqlarının təmiri üçün də valideynlərdən vəsait yığılır və uzun sözün qısası, sinifi də özümüz təmir etdiririk. Bu azmış kimi, əlavə pul yığaraq təmizlikçilərə yalvarırıq ki, otaqları yığışdırsın. Məktəbdə valideynlər aylıq olaraq həmin xanımlara “hörmət” edir ki, sinif otaqlarının təmizliyinə nəzarət etsinlər. Təhsil Naziri hər brifinqdə bildirir ki, məktəbdə bu cür halların olması yolverilməzdir. Bəs bu məktəb direktorları hara baxır? Əksinə, bildirirlər ki, hər sinifi valideyn özü təmir etməlidir və lazimi avadanlıqları almalıdır. Bildiyimiz qədərilə Nazirlik hər məktəbi ən azından A4 vərəq, marker və təmizləyici vasitələrlə təmin edir. Məktəbdə direktorun qəbuluna düşmək belə müşkül məsələdir. Düşsən belə, ən yaxşı halda alacağın cavab “kimə istəyirsən şikayət et” olur. Kimə güvənirlər, bilmirəm”.
Biz də öz adımızdan bir valideyn olaraq bu kimi halların qarşısının alınmasını istəyirik. Hələ mənim bir övladım həmin məktəbdə təhsil alır. Yazıq 3-4 uşaqlı valideynlər nə etsin? Kimə şikayət etsinlər?
Yenisabah.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...