QARA MALİYYƏNİN `BOZ KARDİNAL`I: Cavanşir Yusfiov YENƏ İŞ BAŞINDADIR - İLGİNC FAKTLAR...
Bu ilin yanvar ayının 10-da Samir Şərifov maliyyə naziri postundan azad edildi və eyni tarixdə Baş nazirin müavini təyin edildi. Əslində illər idi ki, yerli KİV-də Samir Şərifovun görəvdən alınacağı anons edilirdi, hətta müəyyən bir dönəmdə durumu yetərtincə gərgin olan Samir Şərifov mətbuatda "təmizləmə" işləri də aparmalı oldu.
Və uzun müddət vəzoifəsini qoruduqdan sonra nəhayətdə yerini Sahil Babayevə təhvil verdi. ƏƏSMN sistemindəki "qayçılama" siyasəti ilə nəzərləri çarpan Sahil Babayevin isə Samir Şərifovdan qalma komanda ilə işləməyəcəyi gözlənilən idi. Hər halda, kimsə KÖHNƏ QURDLARLA işləmək, onlardan baş çıxarmağa vaxt sərf etmək istəməzdi. Və bu KÖHNƏ QURDLAR içində birisi var idi ki, o, yetərincə qalmaqallı fiqur olaraq səciyyələnməkdədir. Bəli, söhbət Maliyyə Nazirliyinin aparat rəhbəri olmuş Cavanşir Yusifovdan gedir.
Sahil Babayev əlinə düşən ilk fürsətdəcə onunla yollarını ayırdı. Bu qərarı isə bu ilin 10 mart tarixində verə bildi. Yəni "yuxarılardan" məhz bu dönəmdə "dobro" ala bildi. Cavanşir Yusifov - uzun müddət məhz başında Samir Şərifovun dayandığı və uzun illər ərzində dövlət büdcəmizi GƏMİRƏN QARA MALİYYƏNİN bir nömrəli simalarından sayılan - "BOZ KARDİNAL"I hesab olunan Cavanşir Yusifov məhz düz iki ay sonra Samir Şərifov kimi maliyyə nazirliyindən uzaqlaşdırıldı.
Rəsmi izahatda göstərilirdi ki, "C.Yusifovun dövlət qulluğuna pensiya yaşında olması ilə əlaqdər öz arzusu ilə xitam verilib"... Yəni təqaüd yaşı yetdiyindən... BOZ KARDİNAL işə yaramadığını hiss etdiyindən könüllü şəkilkdə görəvdən gedib. Əslində bu belə deyildi və hazırda da yeni vəzifəsində BİR CAVAN OĞLAN enerjisi ilə çalışan Cavanşir Yusifov hələ uzun müddət DÖVLƏT BÜDCƏSİNİ gəmirə biləcəyini ortaya qoymaqdadır...
Bu barədə növbəti yazımızda ilginc faktları təqdim edəcəyik və biləcəksiniz ki, yeni vəzifəsində Yusifov cənabları kim tərəfindən himayə olunur və necə büdcəyə şəriklik etməkdədir...
BİZİ İZLƏMƏYƏ DAVAM EDİN...
dia.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək