Müğənnilərə yüksək məbləğdə pullar verərək özünə bahalı ad günü keçirən "Vüsal-300" kimdir? - VİDEO
Özünü "Vüsal-300" kimi qələmə verən şəxs bir neçə gün əvvəl şəxsi bağ evində özünə təntaraqlı ad günü keçirib.
"Azərbaycan Reallığı" əldə etdiyi məlumata görə, ad günü tədbirində ölkənin tanınmış şou-biznes nümayəndələri iştirak edib. Mənbənin sözlərinə görə onların ad günündə iştirak etməkləri üçün yüksək məbləğdə qonarar ödənilib.
Həmçinin bununla yanaşı ad gününü daha təmtərağlı etmək üçün şou-biznes sahəsində fəaliyyət göstərən saytların baş redaktorları, onlarla yanaşı səhifə adminləri də ad gününə qonarar müqavilində təşrif buyurublar.
"Vüsal-300" kimi tanınan şəxs özünü iş adamı kimi qələmə versə də iddialara görə o, hansısa işlərdə bankrot olan şəxslərin bahalı maşınlarını, qızıllarını girov götürmək müqavilində pullar verir, bir sözlə qara bazara pul dövriyyəsi edir. Bu da qanunla qadağan olunub. Araşdırma üzərindən məlum olur ki, bunu etmək üçün "Vüsal-300" adlı şəxsin adında rəsmi olaraq heç bir şirkət və yaxud da rəsmi sənəd yoxdur.
Zəngin həyat tərzi yaşayan, xüsusən də gününü şou-biznesin bahalı təbəqələri ilə keçirən Vüsal müəllimin adına nədənsə hər hansı bir xeyriyyə işlərində rast gəlmədik. Bu qədər pulları şou əhlinə xərcləməkdənsə ölkədə xeyli sayda sosial durumu ağır olan şəhid ailələri və qazilər var. Bundan əlavə kimsəsiz uşaqlar evi, qocalar evi də misal çəkmək olar.
Özünə bahalı, təntaraqlı ad günü keçirib şou əhlinə bu qədər pullar xərcləməkdənsə yuxarıda sadaladığımız şəxsləri də sevindirib onlar üçün də bahalı tədbirlər düzənləyə bilərdi. Bu həm dövlət üçün, həm də cəmiyyət üçün sevindirici hal olardı("Azərbaycan Reallığı")

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...