XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Şəkidə beynəlxalq təşkilatın qida festivalı təşkil ediləcək

Şəkidə beynəlxalq təşkilatın qida festivalı təşkil ediləcək

Şəkidə beynəlxalq təşkilatın qida festivalı təşkil ediləcək
28-07-2025, 17:16

Şəki şəhərində "Slou Fud" beynəlxalq təşkilatının “Terra Madre” qida festivalının yerli versiyası təşkil ediləcək.

Bununla bağlı Dövlət Turizm Agentliyi hazırlıqlara başlayıb.

Məlumata görə, tədbirin 5 min nəfəri əhatə edən 3 min kv.metrlik arealda keçirilməsi planlaşdırılır.

Festival zamanı Bakıdan, həmçinin Şamaxı, İsmayıllı, Lənkəran, Qəbələ və Qax rayonlarından, Şərqi Zəngəzur iqtisadi rayonundan qonaqların Şəkiyə gətirilməsi və tədbir bitdikdən sonra geri qaytarılması həyata keçiriləcək.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.