Ağstafanın Nəriman Nərimanov küçəsində yol biabırçı vəziyyətdədir / VİDEO
Ağstafa şəhərindəki Nəriman Nərimanov küçəsində yol infrastrukturunun vəziyyəti ciddi narazılıq yaradıb.
Lentə alınan görüntülərdə asfalt örtüyünün sıradan çıxdığı, daş döşəmələrin uçuq vəziyyətdə olduğu və ümumilikdə yolun yararsız hala düşdüyü aydın şəkildə görünür.
Sakinlərin bildirdiyinə görə, sözügedən ərazidə bir neçə dəfə təmir işləri aparılsa da, bu işlər keyfiyyətsiz həyata keçirilib. Yolda asfaltla daş döşəmənin qarışıq şəkildə istifadə edilməsi və bəzi hissələrdə təmir materiallarının səpələnmiş halda qalması vəziyyəti daha da acınacaqlı edib.
Xüsusilə piyadaların və avtomobillərin hərəkəti üçün təhlükə yaradan bu yol, Ağstafa şəhərində infrastrukturla bağlı problemlərin hələ də mövcud olduğunu bir daha ortaya qoyur.
Sakinlər aidiyyəti qurumlardan təcili tədbirlər görülməsini tələb edirlər. Hazırkı vəziyyət nəinki texniki baxımdan yararsızdır, həm də ictimai narahatlığa səbəb olur.(32gun.az )

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...