Yekaterinburqda baş verən olaylara obyektiv yanaşmağa, məsul şəxslərin ədalət qarşısında cavab verməsini tələb etməyə çağırırıq-QHT sədri
- Dünən, 10:10
- 29
Hüququn, ədalətin və insan ləyaqətinin pozulduğu bu cür halların yaşanması nəinki Rusiyada, ümumiyyətlə, bütün dünyada sülhə, birliyə və sosial sabitliyə təhlükə yaradır. Xüsusilə də mülki əhaliyə qarşı yönəlmiş zorakı davranışlar və təzyiqlər heç bir halda qəbul edilə bilməz.
Biz inanırıq ki, cəmiyyətlər zorakılıqla deyil, dialoqla, hörmətlə və qarşılıqlı anlaşma ilə inkişaf edə bilər. Yekaterinburqda baş verən hadisə bir daha sübut edir ki, dünyada insan hüquqlarının qorunması, ifadə azadlığının təmin olunması və insanlara qarşı ədalətli münasibət günümüzdə daha da vacib və zəruri məsələdir.
Azərbaycan və regionun digər gəncləri, ictimai birlikləri, hüquq müdafiəçiləri bu cür hallara səssiz qala bilməz. Biz beynəlxalq ictimaiyyəti Yekaterinburqda baş verən olaylara obyektiv yanaşmağa, məsul şəxslərin ədalət qarşısında cavab verməsini tələb etməyə çağırırıq.
Zorakılığa yox deyirik! İnsan ləyaqətinə hörmət və ədalət tələb edirik!
Büllur Məmmədova
Gənclərin Anti-Narkomaniya ictimai birliyinin sədri