Nazir müavini Samir Vəliyevdən siyasi sabotaj: Sabit tarif təklifi qanuni pul oğurluğudur – VİDEO
Azərbaycanda mənzili olan, amma orada yaşamayan vətəndaşlar elektrik enerjisinin haqqını sabit tariflə ödəyəcəklər. Cumhuriyyet.az bildirir ki, bunu energetika nazirinin müavini Samir Vəliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında – sözügedən sənədin müzakirəsi zamanı bildirib. “Məsələn, deyək ki, vətəndaş elektrik enerjisinə ayda 5 manat pul ödəyir. Buraya həm bilavasitə elektrik enerjisinin istehsalına, həm də onun paylanılması, ötürülməsinə və sair çəkilən xərclər daxildir. Yeniliyə əsasən, elektrik enerjisinə görə ödənilən vəsait iki hissədən ibarət olacaq. Məsələn, hər hansı 10 binanın 8-də yaşayış var, amma ikisində yaşayış yoxdur. Amma transformator məntəqəsi onsuz da qurulmalıdır. Onun xərci tarifin içərisində olmalıdır” , – o vurğulayıb.
Nazir müavininin sözlərinə görə, həmin iki mənzildə yaşamayanlar da ayda bir sabit tarifi ödəyəcəklər. Yəni, yaşadın-yaşamadın, ödəməlisən. Samir müəllim demək istəyir ki, biz mənzilə qədər elektrik və qaz xəttləri çəkirik, infrastruktur qururuq, siz də işlətdiz, işlətmədiz, ayrıca aylıq “sabit” məbləğ ödəməlisiniz. Nazir müavininin sabit tarif təklifi tamamilə mənasız və absurd təklifdir. İşıq və qazda limitlərin ləğv edilməsi gözlənilən məqamda belə qərarın verilməsi siyasi sabotaj sayıla bilər. İnfrastruktur üçün vəsait daha çox dövlət büdcəsindən ayrılır və bizim vergiləri hesabına da o infrastruktur çəkilir. Belə çıxır ki, kimsə mağaza tikir, ora infrastruktur qurur, ora pul xərcləyir. Mağazaya kimsə daxil olur və heçnə almasa da mağazadan çıxanda pul ödəməlidir? Samir Vəliyevin məntiqinə əhsən!
Cumhuriyyet.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...