Məşhur göz həkimi Cahid Şahbazova AĞIR İTTİHAM - VİDEO
Həkim Cahid Şahbazov məni kor etdi.
Ajans.az xəbər verir ki, bu iddia ilə göz əməliyyatı keçirən Humay Əliyeva sosial şəbəkədə paylaşım edib.
O, bildirib ki, artıq 1 ildən çoxdur yalnış göz müayinəsi və düzgün qoyulmamış diaqnoz nəticəsində əməliyyat olunub. Nəticədə sol gözündə görmə qabiliyyətini tamamilə itirib. Onun sözlərinə görə, həkim Cahid Şahbazov tərəfindən qoyulmuş diaqnoz və aparılmış əməliyyat yanlış olub. Tibbi ekspertiza nəticəsində müəyyən edilib ki, əməliyyatdan əvvəl həkimin təyin etdiyi diaqnoz əsassızdır və gözündə heç bir ciddi problem olmayıb. Ekspertiza rəyində həkimin 3 dəfə günahlandırıldığı qeyd olunub.
Təqdim olunan sübut və faktlar olmasına rəğmən, şikayət işi yekunlaşdırılaraq məhkəməyə verilməyib. Pasiyentin sözlərinə görə, həkim ona "Mənim çox güclü vəkillərim var, siz mənə heç nə edə bilməzsiniz" deyərək məsuliyyətdən yayınmağa çalışıb.
Məsələ ilə bağlı tanınmış stilist Anar Ağakişiyev də pasiyentin paylaşımına dəstək göstərib. O, rəy bölməsində xanıma haqq verdiyini və özü də oxşar bir vəziyyətlə qarşılaşdığını qeyd edib.
Əməkdaşlarımız həkim Cahid Şahbazovdan məsələyə münasibət öyrənmək istəsə də, o, hər hansı bir açıqlama vermək istəmədiyini bildirib.(Ajans.az)
VİDEO BURDA: My Webpage

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək