“Rəydə 4 risk qeyd edilib”
“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiya”sının 2024-cü ildə maliyyə təminatı üçün 6,4 mlrd. manat icra olunub”.
Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“İcra olunmuş vəsaitin əhəmiyyətli hissəsini əsaslı xərclər təşkil edib. Strategiya xərcləri barədə məlumatlar layihə və icra sənədləşməsinə fərqli yanaşma əsasında daxil edilib, bu isə proqnoz və icra üzrə qiymətləndirmələrin aparılmasına təsir edib, eyni zamanda Strategiyanın bəzi fəaliyyət istiqamətləri üzrə işlərin görülməsi fonunda həmin istiqamətlər üzrə maliyyə tutumu əks etdirilib.
Apardığımız təhlillər fiskal çərçivənin (büdcə qaydasının) hər 2 göstəricisinin müəyyən edilmiş hədəflər çərçivəsində olduğunu göstərir. Qaydaya riayət olunmaya müvafiq olaraq, icmal büdcə xərclərinin proqnozdan az, icmal büdcənin qeyri-neft gəlirlərinin isə çox, eyni zamanda ÜDM-in proqnozdan çox, dövlət borcunun məbləğinin isə nəzərdə tutulandan az olması töhfə verib.
2024-cü ilin layihə sənədlərinə rəyində Hesablama Palatası tərəfindən 4 risk (gəlir kimi 2-ci dəfə tanınma, başa çatdırılmamış tikililərin azalmaması, xəzinədənkənar əməliyyatların artımı, dövlət borcuna xidmət xərclərinin artımı) qeyd edilib. Bunların hər birinin icra prosesində reallaşdığını, eyni zamanda ən azı 2025-ci ilin büdcəsi üzrə aktuallığını qeyd etməliyəm”, - deyə sədr qeyd edib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...