XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Araz çayında suyun səviyyəsi artıb

Araz çayında suyun səviyyəsi artıb

Araz çayında suyun səviyyəsi artıb
3-06-2025, 09:58

Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, iyunun 3-ü saat 09:00-a olan məlumata əsasən, Böyük Qafqaz ərazisindən axan Əyriçayda 6 sm, Kiçik Qafqaz ərazisindən axan Zəyəmçay və Gəncəçayda 2 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 11 sm artım, Kür çayının aşağı axınında Kür-Yevlaxda 6 sm, Araz çayının yuxarı axınında isə 16 sm qeydə alınıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.