Araz Musayevi millimizin baş məşqçisi bıçaqlayıb, 5 nəfər imişlər - TƏFƏRRÜAT
Bu barədə “Haberturk TV” məlumat yayıb.
Kanalın yaydığı məlumata görə, üçü özbək, ikisi Azərbaycan vətəndaşı olan beş nəfər saxlanılıb. Onlar hadisəni törətdikdən sonra bərbərə gedərək, saçlarını kəsdirib, paltarlarını dəyişsələr də, türk jandarması onları Antalya aeroportunda saxlayıb. Şübhəli şəxslərdən biri Rusiyaya qaçmağa müvəffəq olsa da, Türkiyənin qarşı tərəfə məlumat verməsi ilə təyyarədən düşən kimi saxlanılıb. Hazırda həmin şəxsin Türkiyəyə ekstradisiya olunması ilə bağlı zəruri prosedurlar həyata keçirilir.
Saxlanılan şəxslərdən birinin Azərbaycan milli komandasının <a href="https://savashmedia.az/araz-musayevi-millimizin-bas-mesqcisi-bicaqlayib-5-nefer-imisler-teferruat?fbclid=IwZXh0bgNhZW0CMTEAAR7FIEn-Q3XKHoD7GvPJP7hIRAvuMV65-SYE_7yeZYWj87vY9v44y1bRH51d8A_aem_5QcgVyE814yJRjaWOxdE5Q" target="_blank">baş</a> məşqçisi olduğu bildirilir.
Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət Azərbaycanın kikboksinq üzrə milli komandasının baş məşqçisi Elşən Abdulrəhimovdan gedir.
Qeyd edək ki, Azərbaycan Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev may ayının 28-də Antalyada keçirilən dünya çempionatı zamanı iki nəfərin hücumuna məruz qalıb. O, boynundan və qarnından bıçaqlanmışdı. Əməliyyatdan sonra palataya köçürülən federasiya prezidentinin vəziyyəti stabil qiymətləndirilir. (ajans.az)

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...