XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Fransanın Gorusda fəxri konsulluğu iyunun əvvəlində açılacaq

Fransanın Gorusda fəxri konsulluğu iyunun əvvəlində açılacaq

Fransanın Gorusda fəxri konsulluğu iyunun əvvəlində açılacaq
29-05-2025, 18:14

Ermənistanın Sünik vilayətinin Gorus şəhərində Fransanın fəxri konsulluğu iyunun 2-də açılacaq.

Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Qeyd olunub ki, konsul Gorus Frankofoniya Mərkəzinin rəhbəri Karmen Apunts olacaq.

Xatırladaq ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro mayın 26-da İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında Gorusda Fransanın konsulluq agentliyinin açılması planları barədə məlumat verib.


XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.