“İdeal Motors” cərimələnə bilər
Azərbaycanda “Chevrolet”, “Baic”, “Jak” avtomobillərinin satışını həyata keçirən “İdeal Motors” MMC ilə bağlı növbəti dəfə cərimə protokolu imzalanıb.
“İdeal Motors” İnzibati Xətalar Məcələsinin gömrük qaydaları əleyhinə olan 485.2-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
“İdeal Motors”la bağlı iş baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib. 4 iyun tarixində hakim Sevinc Quliyevanın sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, “İdeal Motors” 2018-ci ildən qeydiyyata alınıb. Hazırda “İdeal Motors” MMC “Performance Center” şirkətinin rəsmi dileridir.(Tribunainfo.az)
Qarşı tərəfi dinləməyə hazırıq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...