Roterdamda “Qərbi Azərbaycana Qayıdış” adlı beynəlxalq tədbir keçirildi
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin təşkilatçılığı ilə 2025cü ilin may ayının 31- də Niderland Krallığının Rotterdam şəhərində “Qərbi Azərbaycana Qayıdış” adlı beynəlxalq tədbir keçirildi.
Tədbirin əsas məqsədi Qərbi Azərbaycandan zorla köçürülmüş soydaşlarımızın hüquqlarının beynəlxalq səviyyədə tanınması, onların doğma yurdlarına qayıdış məsələsinin diqqət mərkəzində saxlanılması və bu istiqamətdə beynəlxalq ictimaiyyətin məlumatlandırılması olub.
Tədbirdə çıxış edən “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva qeyd etdi ki,
“Qərbi Azərbaycandan qovulan insanların hüquqlarının müdafiəsi təkcə humanitar məsələ deyil, bu, eyni zamanda tarixi ədalətin bərpasıdır. Biz bu məsələdə həm beynəlxalq hüququn prinsiplərinə, həm də insan hüquqlarına əsaslanırıq.”
Daha sonra çıxış edən “Benilüks Azərbaycanlıları Konqresi”nin sədri Elsəvər Məmmədov vurğuladı ki,
“Avropada yaşayan azərbaycanlılar olaraq bu məsələyə laqeyd qala bilmərik. Qərbi Azərbaycan mövzusu təkcə Azərbaycanın deyil, dünya ictimaiyyətinin də diqqətində olmalıdır. Biz həmrəy şəkildə bu tarixi ədalətsizliyin aradan qaldırılması üçün səylərimizi davam etdirəcəyik.”
Tədbirdə həmçinin Avropada fəaliyyət göstərən bir sıra diaspor təşkilatlarının nümayəndələri, hüquqşünaslar, insan hüquqları üzrə ekspertlər və Qərbi Azərbaycandan olan soydaşlarımız iştirak etdilər. Panel müzakirələrdə Qərbi Azərbaycan İcmasının beynəlxalq hüquqa əsaslanan qayıdış modeli, sülh və reinteqrasiya imkanları, habelə bu istiqamətdə görüləcək işlər ətrafında fikir mübadiləsi aparıldı.
Tədbirin sonunda iştirakçılara məlumat kitabçaları paylanıb və gələcəkdə bu mövzu üzrə beynəlxalq seminarların davam etdirilməsi qərara alınıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...