DSMF sədri xalası oğlunu direktor, yeznəsini özünə müavin təyin edib -FOTOLAR
Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev öz qohumlarına vəzifə verməklə məşğuldur.
Zəka Mirzəyev
Məlumata görə, Fond rəhbəri xalası oğlu Mail Məmmədovu DSMF-nin icraçı direktoru təyin edib. Həmçinin verilən məlumatda deyilir ki, Fond sədri bacısının həyat yoldaşı Şahin Əliyevi də özünə müavin təyin edib.
Zəka Mirzəyevin Mail Məmmədovu və Şahin Əliyevi hansı meyar və göstəricilər əsas vəzifəyə təyin etdiyi məlum deyil. Adı çəkilən şəxslərin peşəkar təcrübəsinin olub-olmadığı, əvvəlki iş yeri və vəzifələri barədə də məlumat yoxdur. Bu şəxslərin əvvəllər Dövlət Sosial Müdafiə Fondunda işləyib-işləmədikləri barədə də heç bir məlumat əldə edə bilmədik.
Maraqlıdır, Z.Mirzəyev xalası oğlu və bacısının yoldaşını müəyyən vəzifələrə təyin edən zaman onları hər hansı müsabiqə, yoxlama və ya seçim mərhələsindən keçiribmi?
Bu təyinatların hansı formada, hansı meyarlara və göstəricilərə əsasən aparıldığını dəqiqləşdirmək üçün DSMF-yə sorğu göndərmişik. Lakin hələlik bununla bağlı sorğuya cavab verilməyib.(tribunainfo.az)
Qeyd edək ki, məmurların öz yaxınlarına vəzifə verməsi qanunla qadağandır. XalqXeber.Az




Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək