Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI
201 saylı məktəbin direktoru Afaq Əliyevanın vəzifəsindən sui-istifadə hallarına yol verdiyini göstərən səs yazılarını yayımladıqdan sonra, vəziyyətdən çıxış yolu axtaran direktor həmin səs yazılarının guya ona aid olmadığını və montaj edildiyini bildirir.
Səs yazıları ilə bağlı ekspertiza aparılmasını istəyir. Maraqlıdır, ekspertiza səs yazılarının ona aid olduğunu təsdiqləyəndən sonra Afaq Əliyeva öz qanunsuz əməllərinə don geyindirmək üçün hansı vasitələrə əl atacaq? Bunu zaman göstərəcək. Ancaq 201 saylı məktəbin direktoru Afaq Əliyevanın özbaşınalıqlarını əks etdirən növbəti video və səs yazılarını təqdim edirik. Belə ki, təqdim etdiyimiz videodakı müəllimlər, 201 saylı məktəbin 10d sinfinin Coğrafiya müəllimi və sinif rəhbəri Elmira Nəcəfovadır. Səs isə 8r sinfinin sinif rəhbəri, həmçinin məktəbin həmkarlar təşkilatının sədri Valeh Cəbrayılova məxsusdur.
Məhz Afaq Əliyevanın təhsil cinayətlərinə qarşı mübarizə apardığına görə, Svetlana Hüseynova onun təhdid, şantaj və böhtanlarına məruz qalıb, Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən çıxarılıb, bugünədək təqib olunmaqdadır.
Afaq Əliyevanın TəhsilMedia.Tv-də yayımlanan səs yazılarının eyni şəxsə məxsus olması isə heç bir şübhə doğurmur. Məhz buna görə Afaq Əliyevanın səsini inkar etməsi absurddur, səsləri dinləyən hər kəs bu eyniliyi təsdiq edir və direktorun inkarının onun növbəti oyunu olduğunu başa düşür.(tehsilmedia.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...