Ayılar haradadır? - Dövlət qurumu təkzib edir
Bioloji Müxtəlifliyin Qorunması Xidməti Azərbaycanda qəfəsdə saxlanılan Benji və Balu adlı ayıların Böyük Britaniyaya aparılması xəbərinə münasibət bildirib.
Qurumun rəsmisi Arzu Babayeva “Qafqazinfo”ya açıqlamasında məsələyə belə aydınlıq gətirib:
“Adıçəkilən ayılar hazırda Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiya Mərkəzindədir və ölkədən köçürülməyiblər. Hazırda onların reabilitasiya prosesi davam edir”.
Onun sözlərinə görə, bir neçə il öncə təbiətdən köməksiz vəziyyətdə tapılan yeni doğulmuş iki ayı balası Vəhşi Təbiətin Bərpası və Reabilitasiya Mərkəzinə yerləşdirilərək orada xüsusi qayğı və nəzarət altında saxlanılır:
“Avropada vəhşi heyvanların təbii instinktlərinin bərpası üzrə ixtisaslaşmış vəhşi heyvan sığınacağı tərəfindən bu ayıların təbii instinktlərinin təkmilləşdirilməsi üçün xaricə göndərilməsi istiqamətində danışıqlar aparılır”.
Qeyd edək ki, ayıların Böyük Britaniyaya aparılması xəbərini “Wildheart Animal Sanctuary” adlı heyvan müdafiə təşkilatı yayıb. Bildirilib ki, onlar Azərbaycanda bir restoranda dar qəfəsdə səfalət içində yaşayıblar. Aclıqdan və ciddi xəsarətlərdən əziyyət çəkən bu ayılar müştəriləri cəlb etmək üçün orada saxlanılıbmış. O da qeyd olunub ki, Avropanın bütün yükdaşımaları üzrə aparıcı aviaşirkəti “Cargolux” bu prosesə sponsorluq etməyə razılıq verib və ayılar Azərbaycandan Britaniyanın Uayt adasına göndərilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...