Sahib Məmmədovun “agent ovu”: Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?
Həmkarlar İttifaqı Konfederasiyasında maraqlı hadisələr baş verir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov bir müddət əvvəl mediada haqqında çıxan tənqidi yazılara görə, bəzi addımlar atıb.
Məlumatlarda qeyd edilir ki, sədr əvvəlcə bu məlumatların necə “sızdığı”nı dəqiqləşdirmək istəyib. Söhbət Konfederasiya sədrinin işçilərin işdən sonra qanunsuz saxlanmasından gedir. Ardından isə qurumda “agent ovu”na çıxıb. Bildirilir ki, Məmmədov “ov”dan “əliboş” qayıtmayıb. Belə ki, o, şübhələndiyi bir neçə əməkdaşı “müəyyən” edərək, dərhal işdən azad edir. Təbii ki, bu işdənçıxarma qanunsuz həyata keçirilir.
Daxil olan məlumatlara görə, “agent”ləri “müəyyən” edən və onları zərərsizləşdirən Məmmədov, yeni qərarlar da qəbul edir. Bu qərarlardan biri də işə girişin “yanıq” saxlanılıması, işdən çıxışın isə “söndürülməsi” olur.
Müşahidəçilərin fikrincə, Sahib Məmmədovun bu addımı qanunamüvafiq olmamaqla yanaşı, həm də Əmək Müfəttişliyini aldatmaqla məqsədiu daşıyır.
Tribunainfo.az-aa daxil olan məlumatlara görə, Həmkarlar İttifaqı Konfederasiyasının rəhbəri siyasi rəhbərliyin də etimadını doğrultmayıb. Belə ki, o, sədr təyin olunduğu 9 ay müddətində bur neçə tədbir keçirməklə kifayətlənib. Halbuki ona daha çox iş görmsi ilə bağlı tapşırıqlar verildiyi də qeyd edilir.
Eyni zamanda, sözügedən şəxsin keçirdiyi həmin tədbirlərə görə, böyük məbləğdə pullar silməsinə dair iddialar da var. Düzdür, bununla bağlı əlimizdə konkret faktlar mövcud deyil və bu barədə yaza bilməməyimiz də bununla bağlıdır.(Tribunainfo.az)
Qarşı tərəfi dinləməyə hazırıq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...