Eldar Qəribovun bankı Mərkəzi Bankın tələblərinə məhəl qoymur -Xəbərdarlıq edildi
Eldar Qəribovun bankı "Unibank" ASC Mərkəzi Bankın tələblərinə məhəl qoymur.
Mərkəzi Bank sözügedən bankın "Banklarda korporativ idarəetmə Standartları"nın 8.2.5-ci yarımbəndini pozduğunu açıqlayıb.
Yəni, bank aparılmış daxili audit yoxlamaları barədə hesabatı vaxtında Mərkəzi Banka təqdim etməyib, habelə Mərkəzi Bankın sorğusu ilə fərdi daxili audit yoxlaması barədə məlumatları təqdim etməyib.
AMB bununla bağlı olaraq "Unibank"a qeyd olunan halların gələcəkdə təkrarlanmaması məqsədilə bu sahədə daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verib.
Qeyd edək ki, "Unibank"ın səhmlərinin 94,8%-i Eldar Qəribova, 5,92%-i isə digər səhmdara məxsusdur.(valyuta.az)

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək