Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə saxlanıldı - "Sayrışan işıqları yandıraraq, təhlükəli manevrlər edib"
Ədliyyə Nazirliyinin Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsinin rəisi Elşad Məmmədli ilə Dövlət Yol Patrul Xidməti əməkdaşları arasında mübahisə yaranıb.
Olaya səbəb Elşad Məmmədlinin sərxoş vəziyyətdə sükan arxasında olması və kobud qayda pozuntusu törətməsi olub.
Belə ki, xidməti avtomobilində sükan arxasında olan idarə rəisi sayrışan işıqları yandıraraq, təhlükəli manevrlər edib.
YPX-nin diqqətini çəkən bu hala görə ona saxlamaq işarəsi verilsə də Məmmədli tabesizlik göstərib.
YPX əməkdaşlarının təqibindən sonra dayandırılan Elşad Məmmədli bu dəfə onlarla mübahisə edib və özünün toxunulmaz şəxs olduğunu bildirib.
Yaranmış vəziyyət Bakı Şəhəri Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə məruzə olunub.
Elşad Məmmədli yeni ədliyyə nazirinin yaxın dostu kimi tanınır.
Görünür, bu səbəbdəndir ki, nazirlikdə onun bu hərəkəti barədə hüquqi ölçü götürülməyib./Gununsesi.info

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək