Bakıda klassik avtomobillərin sərgisi keçirilir
Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı, "Nazar Holdinq" və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə avtomobil həvəskarları üçün maraqlı layihə təqdim olunur.
Bakının Əziz Əliyev küçəsindən başlayaraq Qoşa Qala qapısının qarşısınadək "Sürətin evolyusiyası" layihəsi çərçivəsində klassik avtomobillərin sərgisi keçirilir.
Ziyarətçilər 1985-ci ilədək istehsal olunan avtomobilləri izləməklə həm də ötən illərin ab-havasına qayıdıblar. Burada müxtəlif illərə və ölkələrə aid klassik avtomobillərlə yaxından tanışlıq, nostalji dolu anlar yaşamaq imkanı olub.
Sərgi səhər saatlarından başlayıb və axşam saat 19:00-dək davam edəcək və gün ərzində ziyarətçiləri, retro avtomobil həvəskarlarını bir araya toplayacaq.
Sərgidə Azərbaycan Avtomobil Federasiyasının klassik avtomobil kolleksiyası ilə yanaşı, tədbirə qeydiyyatdan keçmiş avtomobil sahibləri də öz nəqliyyat vasitələri ilə təmsil olunublar.
Bununla da AAF klassik avtomobillərlə bağlı tədbirlər mövsümünü açmış olub. Avqust ayının sonunda isə AAF paytaxtda klassik avtomobillərin yürüşünü təşkil edəcək.
Qeyd edək ki, mayın 18-də "Sürətin evolyusiyası" sürət avtomobillərinin və "Supercar"ların nümayişi ilə davam edəcək. Bununla da iki gün ərzində klassik avtomobillərdən sürət avtomobillərinədək sürətin evolyusiyasını izləmək mümkün olacaq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...