Sabirabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə "Narkomaniyaya və erkən nikaha yox deyək” mövzusunda tədbirlər keçirilib
Sabirabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Nərimankənd və Qaratəpə kənd tam orta məktəblərində “Narkomaniyaya və erkən nikaha yox deyək” mövzusunda maarifləndirici tədbirlər keçirilib.
Tədbirlərdə Təhsil şöbəsinin nümayəndələri, RPŞ-nin əməkdaşları, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Görüşlərdə çıxış edən RPŞ-nin rəisi polis polkovniki Ramin Qədirov dövrümüz ağır bəlasına çevrilən narkomaniyanın insan sağlamlığı üçün yaratdığı təhlükələrdən, asılılıqlardan, eləcə də mənəvi aşınmadan və digər fəsadlarından söz açaraq ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıb. O, qeyd edib ki, narkotik vasitələrdən istifadə edənlərin heç bir uğurlu gələcəyi olmur, onlar cəmiyyətdən həmişə geridə qalır və aludəçisi olduqları narkotik vasitələrin zərərli təsirlərin fəsadlarından qurtula bilmirlər.
Erkən nikahların fəsadları barədə də çıxış edən polis rəisi yeniyetmə vaxtlarında gənclərin, xüsusən də qızların ailə qurmasının onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd edib.
Görüşlərin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
![]()

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib