Gülsüm Əliyeva həkim deyilmiş: Qanunsuz əməliyyat etdiyi "VMR" klinikası isə... - RƏSMİ AÇIQLAMA
Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə “Gül Əliyeva” kimi tanınan Gülsüm Əliyeva Gəncədə fəaliyyət göstərən "VMR" Estetik Klinikasında liposaksiya əməliyyatı aparıb. Həmin əməliyyat zamanı Gülbəniz Bayramova adlı şəxsin həyatını itirdiyi bildirilir.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, Səhiyyə Nazirliyinin həkimlərin reyestri bazasında Gülsüm Əliyevanın adı həkim kimi qeydiyyatda yoxdur:
"AEM əməkdaşları ötən il həmin estetik mərkəzdə plandankənar yoxlama keçirib və “VMR Estetik Klinikası” İnzibati Xətalar Məcəlləsinin 210.1-ci (Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə) maddəsi ilə protokol tərtib edilmiş və aidiyyəti üzrə icraata göndərilib.
Bundan əlavə, “VMR Estetik Klinikası”nın Bakıdakı filialında da başqa bir vətəndaşın şikayəti əsasında da yoxlama keçirilib və İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə protokol tərtib edilərək, növbəti icraata göndərilib.
Ölüm faktına gəldikdə bununla bağlı araşdırmalar istintaq orqanları tərəfindən aparılır", - deyə məlumatda qeyd olunub.
Unikal

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...