“Şamaxılı Cavid” “Şəki” kafesində kəsilən ağacların yerini betonlatdı... - “Yaşıl qətliam”dan geridə qalanlar belə yox edildi
“Şamaxılı Cavid” “Şəki” kafesində kəsilən ağacların yerini betonlatdı...
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzdində fəaliyyət göstərən Ərazi Tikinti Planlaşdırma Mərkəzinin yetkilisi, özünü Mərkəzin rəhbəri Ramin Abdullayevin “sağ əli” kimi təqdim edən “Şamaxlı Cavid” qanunsuz əməllərini davam etdirməkdədir.
"Dia-az"ay daxil olan məlumata görə, bu dəfə “dollar Cavid” Nəsimi rayonu, Cavadxan küçəsi Şəki kafesinin ərazisində obyekt tikintisi zamanı kəsilən ağacların izini itirmək üçün maraqlı üsula əl atıb. Tikinti və yenidənqurma işləri üçün kafe sahibinə qanunsuz icazə verən, ağac kəsiminə şərait yaradan “Dollar Cavid” özünü və digərlərini məsuliyyətdən, “yersiz” söz-söhbətdən qorumaq üçün kəsilən ağacların yerini betonladıb. Kafe ərazininin böyük hissəsi qalınlığı 5 santimetr olan betonla örtülüb. Kəsilən ağaclarla bağlı heç bir iz, heç bir nişan qalmayıb.
Hazırda “Şəki” kafesində təmir-tikinti işləri sürətlə davam etdirilir. Ərazi hündürlüyü 10-12 metr olan dəmir konstruksiya ilə hasarlanıb. Məqsəd tikinti işlərini kənar göz və müşahidələrdən qorumaqdır.
Yaxın günlərdə “Şamaxlını Cavid”in bu obyekti niyə və necə himayə etməsi, obyektdəki qanunsuz tikintiyə himayədarlq edən digər yetkililər haqqında daha ətraflı məlumat verəcəyik.(Dia-az)
Adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq!

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...