XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır

Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır

Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır
16-04-2025, 18:54

 
Aprelin 15-16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ölkəmizdə səfərdə oldu. Bu səfər iki ölkə arasında əlaqələrin daha da inkişafına və qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsinə öz növbəti töhfəsini verəcək. Elə Prezident İlham Əliyevin Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə birgə mətbuata verdiyi bəyanatı da bunun bir daha təsdiq edir. Belə ki, dövlətimizin başçısı qeyd edib: “Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra edirlər və bu layihələr həm ölkələrimiz, xalqlarımız üçün, həm də daha böyük coğrafiya üçün böyük önəm daşıyır”.
Prezident İlham Əliyev bildirib ki, təbii olaraq siyasi əlaqələr inkişaf edir, yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilarlarda da daim bir-birini dəstəkləyir.
Ölkələrimizi birləşdirən bir çox sərmayə layihələrinin böyük coğrafiya üçün önəmli olduğunu bir daha qeyd edən dövlətimizin başçısı deyib: “Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat-kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir”.
Prezident İlham Əliyev vurğulayıb ki, “Hazırda Gürcüstan daxil olmaqla, Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, nəqliyyat-kommunikasiya sahəsində əldə edilmiş nailiyyətlər, yeni inşa olunmuş dəmir yolları, limanlar həm Azərbaycanda, həm Gürcüstanda böyük sinergiya yaradıb və Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilib.
Öz növbəsində mətbuata bəyanatında Mixeil Kavelaşvili bildirib ki, Gürcüstan həmişə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin güclü tərəfdarı olub. Ölkələrimiz arasında mövcud olan xüsusi, çoxəsrlik dostluq və ümumi düşünülmüş siyasət bizə regionumuzun rolunu düzgün müəyyənləşdirməyə imkan verib.
Gürcüstanın Prezidenti qeyd edib: “Əminəm, bizim ümumi gələcəyimizə uğurlu, iqtisadi cəhətdən güclü və firavan Cənubi Qafqaz regionu daxildir ki, burada xalqlarımız dırnaqarası liberal dəyərlərlə yox, öz adət və ənənələri ilə birgə yaşaya biləcəklər”.
 
Aysel Mənsimova - politoloq
 
 
 
 

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.