Məhərrəm Talıbov və oğlu Samir Talıbov qohumlarla olan əmlakları ilə bağlı mübahisə
Məhərrəm Talıbov özgənin əmlakını mənimsəmə iddiası ilə məhkəməyə verilib.
Xalq.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası prokurorunun sabiq müavini Məhərrəm Talıbov və onun oğlu Samir Talıbova qarşı məhkəmə iddiası qaldırılıb.
Hazırda iş Naxçıvan Şəhər Məhkəməsinin icraatındadır. Şikayətçilər iddia edirlər ki, M.Talıbov və oğlu fırıldaq yolu ilə bəzi vətəndaşların bahalı əmlaklarını ələ keçiriblər. İddia tələbində görünür ki, şikayətçilər arasında M.Talıbovun yaxın qohumları da var.
Məhkəmədə baxılan işin məzmunundan bəlli olur ki, Talıbovlara bu işdə Naxçıvan MR-in sabiq ədliyyə naziri Daşqın Rəhimov və notariat kontorunun müdiri kimi fəaliyyət göstərmiş Cavid Eyvazov adlı şəxs də yaxından dəstək olub.
Bildirilir ki, bu işlə bağlı Cavid Eyvazov dindirilib və o, sözügedən hərəkətləri sabiq nazir Daşqın Rəhimovun göstərişi əsasında həyata keçirdiyini etiraf edib.
Hazırda M.Talıbovun digər qanunsuz əməlləri ilə bağlı da hüquq-mühafizə orqanlarında araşdırmaların aparıldığı deyilir.
Məlumata görə, M.Talıbov Naxçıvanda tutduğu vəzifədən azad edildikdən sonra Bakı şəhərinə köçüb və hazırda oğlanları ilə birlikdə hakimiyyətdə olduğu dövrdə əldə etdiyi ailə biznesini idarə etməklə məşğuldur.
Onun Bakının bir neçə yerində bahalı ticarət obyektləri və mənzilləri mövcuddur. M.Talıbova və ailə üzvlərinə məxsus olan bahalı mülklərlə bağlı da ətraflı məlumat təqdim ediləcək.
Qeyd edim ki, M.Talıbov Naxçıvanın MR Ali Məclisinin sabiq sədri Vasif Talıbovun doğma qardaşıdır.
Məhərrəm Talıbov eyni zamanda Azərbaycan Boks Federasiyasının vitse-prezidentidir.(Xalq.az)

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...