SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycanlı milyarderin yaxtasındakı sarışın qadının kimliyi bəlli oldu

Azərbaycanlı milyarderin yaxtasındakı sarışın qadının kimliyi bəlli oldu

Tarix:

15-08-2017, 17:00

/ 76 758 dəfə oxundu.
Azərbaycanlı milyarderin yaxtasındakı sarışın qadının kimliyi bəlli oldu

Bodrumda görüntülənən Azərbaycan əsilli rusiyalı milyarder, "Nortqaz” şirkətinin eks-sahibi Fərhad Əhmədovla bağlı yeni məlumat ortaya çıxıb.

Ötən gün yayımlanan xəbərdə Türkiyə mediası yaxtada fotoları çəkilən qadının iş adamının həyat yoldaşı Tatyana Əhmədova olduğunu yazsa da, əslində şəkildə olan qadının başqa şəxs olduğu bəlli olub.

Məlumata görə, iş adamının yanındakı qadın onun yeni həyat yoldaşı Anna adlı qadındır. F.Əhmədovun Anna adlı həyat yoldaşından bu il bir qız övladı da dünyaya gəlib. Ümumilikdə isə cütlüyün iki övladı olduğu məlumdur.

Türkiyə mediasının yazdığından fərqli olaraq yaxtada 4 uşaq olub. Onlardan ikisi milyarderin keçmiş arvadından olan uşaqları, ikisi isə yeni həyat yoldaşından olan uşaqlarıdır.

Qeyd edək ki, Fərhad Əhmədov həyat yoldaşı Tatyana Əhmədovadan xəyanətə görə boşanıb. Rusiyalı milyarder Böyük Britaniya məhkəməsinin qərarına əsasən, keçmiş həyat yoldaşına 584 milyon dollar (453 milyon funt sterlinq) ödəməli olub. Həmin boşanma isə Britaniya tarixində boşanma prosesində ödənilmiş ən böyük məbləğ olaraq göstərilmişdi.

Şərhlər

XƏBƏR LENTİ