Abel Məhərrəmovun adı yeni qalmaqalda – Qazinin torpağını xanımının adına rəsmiləşdirib?
Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı olmuş Abel Məhərrəmovla Qarabağ qazisi, ehtiyatda olan polkovnik-leytenant Nazim Əmirov arasında torpaq qalmaqalı davam edir.
Ali Məhkəmə işi yenidən apellyasiya instansiyasına qaytardıqdan sonra Sumqayıt Apellyasiya Məhkəməsində baxış iclası keçirilib. İclasda tərəflərin sənədləri araşdırılıb və bundan sonra proses qeyri-müəyyən vaxta təxirə salınıb.
Abel Məhərrəmovu məhkəməyə verən Nazim Əmirov xəbəri təsdiqləyib. O, bildirib ki, apellyasiya instansiyasının bu dəfə ədalətli qərar qəbul edəcəyinə inanır.
Nazim Əmirov Abel Məhərrəmovun Altıağac qəsəbəsində ona məxsus torpaq sahəsini zəbt edərək, xanımı Rəhimə Mahmudovanın adına rəsmiləşdirməkdə ittiham edir. Polkovnik-leytenant iddia edir ki, keçmiş rektor ona məxsus torpaq sahəsində özünə dəbdəbəli villa tikib.
Nazim Əmirov bundan xəbər tutduqda məhkəməyə üz tutub. Xızı Rayon Məhkəməsi polkovnik-leytenantın iddiasını təmin etməyib. O, apellyasiya şikayəti verib. Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb və təmin edilməyib. Bundan sonra o, Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə işə yenidən apellyasiya instansiyasında baxılması barədə qərar qəbul edib.
Qaynarinfo

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...