"AAAF" parkda qanunsuz obyektlər inşa olunur-İcra başçısı isə.....VİDEO
Abşeron rayonunda qanunsuz tikinti bumu hökm sürməkdədir.
A.Fərzəliyevin icra başçısı gəldiyi gündən etibarən indiyədək Abşeron rayonunda özbaşına tikintilər, yaxud xəlvəti inşa işləri görülməsi, İH tərəfindən verilən və ya verilməyən sərəncamlar əsasında harada gəldi xaotik şəkildə tikinti aparılması faktları artmaqdadır. Bu da Abşeron rayonunun arxitekturasına, zahiri görünüşünə böyük zədələr yetirmək deməkdir. Maklerlər boş torpaqları zəbt edərək geceqondu evlər tikməkdə davam edirlər. Bunula bağlı müxtəlif vaxtlarda xəbər dərc olunub
Həmçinin AAAF parkda qanunsuz tikinti işləri aparılıb, heç bir icazə olamdan səkilərdə məhəllə aralarında obyektlər tikilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin də bu qanunsuzluqlara göz yumur. Onlarla qanunsuzluq aşkarlanıb, foto və video faktlar təqdim olunub, sözügedən komitə susub, işə qarışmayıb. Bu sükutun və fəaliyyətsizliyin səbəbi bəlli olmasa da, daha bir sübutun təqdim edilməsinə ehtiyac var.
Belə ki, Abşeronun Xırdalan şəhərində AAAF parkda “işbazlar” 12 günlük bayram tətilini fürsət bilərək daha bir qanunsuz tikinti işi aparıblar.
Bu məlumat sosial şəbəklərdə yayılıb.
Tətil günlərində AAAF Parkda yaşayış binasının zirzəmisində qanunsuz obyektə tikilir.
“Abşeron rayon İcra Hakimiyyəti yenə də bütün göndərilən sorğulara baxmır. Əmlak Məsələləri Dövlət Komitəsi də bütün bu baş verənləri görməzdən gəlir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də öz işindədir”.
Faktla bağlı adı keçən bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.(xalq.az)

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...