"Private Facility Management MMC" şirkəti sahibkarın 24.000 manat pulunu mənimsəyib
"Private Facility Management MMC" şirkəti müqavilə əsasında ərzaq tədürük gördüyü sahibkara külli miqdarda zərər verib.
Şikayətçi Əliyev Namiq "Azərbaycan Reallığı"na müraciət edərək bildirir ki, o, bir müddət sözügedən şirkətlə çalışsa da şirkət ödənişləri vaxtı-vaxtında etmədiyi üçün onlarla bağladıqları müqaviləni ləğv etmək qərarına gəlib.
Bu barədə şirkətə rəsmi məktub ünvanlayaraq tədarükün ödəmələrinin yubadılmasına görə onlarla işləmək istəmədiklərini bildirərəm müqaviləni qarşılıqlı razılaşma ilə ləğv ediblər. Buna baxmayaraq şirkətin onlara 24.000 manat ödənməmiş borcu qalıb.
Şirkət isə sahibkara bir neçə aydır ödəmə ediləcək deyib yubadır. Sahibkar şikayətində bildirir:
Dekabrdan bəri 24.000 azn borc qalıb. Son dəfə yanvarda ödəniş etdilər, bir daha ödəmə edilmədi. Gah deyirlər sərəncamdayıq, gah deyirlər hesabda pul yoxdur, sonra dedilər bankdan pul götürüb ödəyəcəyik.
Ən son bankdan pul götürdüklərini, ödəmənin sərəncamdan çıxdığını və mart ayının 19-una qədər ödəməni edəcəklərini bildiriblər. Buna baxmayaraq martın 19-u heç bir ödəmə etməyərək bir daha əvvəlki kimi aprel ayında ödəmə edəcəklərini, şirkətin kassasında vəsait olmadığını bildirdilər."
Sahibkar şirkətin ona olan 24.000 manatı ödəməkdən boyun qaçırdığını bildirərək media vasitəsilə şirkətdən ödəməni etməsini tələb edir. (Azərbaycan Reallığı)
Qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək