İcra başçısının atasından QANUNSUZ ƏMƏL: Vətəndaşın evinin qapısını daşla hördü – Foto - Video
Bakı şəhəri, Nəsimi rayonu Həzi Aslanov küçəsi 55 ünvanında yaşayan vətəndaş Ruzana İdrisova mülkünün əlindən alınmaq istədiyinə dair redaksiyaya şikayət ünvanlayıb.
XALQ.AZ xəbər verir ki, Ruzana İdrisovanın iddiasına görə, paytaxtın mərkəzində, Fəvvarələr meydanının yaxınlığında olan tarixi bina bəzi məmurlar tərəfindən ələ keçirilmək istənilir.
Vətəndaş bildirib ki, Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyev və Milli Məclisin şöbə müdir müavini Teymur Tağıyevin atası Aqil Tağıyev onun evinin binanın blokunda olan qapısını hörüb.
Aqil Tağıyevin binadakı mənzilləri bir-bir satın aldığını vurğulayan İdrisova evlərinə pəncərədən girib-çıxdıqlarını qeyd edib:
“Bu blokdakı mənzilləri Aqil Tağıyev bir-bir alır. Biz bu mənzili alandan Aqil Tağıyev və adamları bizi təhdid edir ki, bu mənzili ucuz qiymətə bizə satmalı və ərazini tərk etməlisiniz. Biz öz qanuni mülkümüzə giriş edə bilmirik. Aqil Tağıyev oğlanlarının adından istifadə edərək blokdan evimizi olan giriş qapısını bağladıb. Biz məcburən pəncərədən evə girib-çıxırıq. Blokdan olan qapımızı açmaq istəyəndə isə sabiq polis məmuru olan Aqil Tağıyev əraziyə polis işçilərini tökərək yenidən bu qapını bağlatdırır. Həyatımız təhlükədədir. Hər gün təhdid edilirik. Şəhərin mərkəzində blokadada qalmışıq”.
Vətəndaş qarşılaşdığı qanunsuz halla bağlı ölkə başçısı İlham Əliyevdən, Birinci vitse-prezident Mehriban xanım Əliyevadan kömək istədiyini bildirib.Yenicag.az
İddia ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.











Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...