Vidadi İsayev bütün limitləri doldurub.... - yəqin bundan sonra biznesinin başına keçər...
Zamanında yerli KİV-də yayılan informasiyalarda belə qeyd olunurdu ki, keçmiş PA rəhbəri Ramiz Mehdiyevin ən etibarlı kadrlarından olan Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev hələ illər əvvəlindən tədbirini görüb. Və bunun nəticəsidir ki, bu gün Vidadi İsayev xaricdə ən böyük biznes və mülklərə sahib olan oliqarx məmurların sırasında ilk yerlərdən birini tutur.
Bu barədə "Dia.az"a verilən məlumata görə, hazırda V.İsayevin təkcə qardaş Türkiyə ərazisində 20-dən artıq yaşayış mənzili, habelə Dənizlidə bir tekstil istehsalı müəssisəsində ortaqlığı var.
Təbii ki, bütün bunlar hamısı deyil və Vidadi müəllim eyni zamanda Azərbaycanda da böyük sərvətə malikdir.
"Dia.az"a danışan mənbə iddia edir ki, bu günlərdə Bərdə rayon icra hakimiyyətinin başçısı postunda dəyişiklik gözlənilir:
"Yəni artıq oliqarx başçı üçün yolun sonu görünür. Çox güman bayramdan sonra qəti qərar veriləcək. Əslində ixtisasca tarixçi olan Vidadi İsayev özü də belə asanlıqla, yəni mühakimə olunmadan yaxasını qurtara bilməsindən məmnun qalacaq..."

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək