“MyGov”un kommunal sektorda iştifadəsi genişləndirilir
Azərbaycanda bu il oktyabrın 1-nə qədər kommunal operatorlara aid vətəndaş yönümlü xidmətlərin 50 %-nin “MyGov” portalı üzərindən təqdim edilməsi nəzərdə tutulur.
Bu, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sisteminin (KXVİS) yaradılması və aidiyyəti sistemlərin inteqrasiyası üzrə 2025-ci il üçün Yol Xəritəsində öz əksini tapıb.
Bundan başqa, sənədə əsasən, bu il mayın 1-nə qədər kommunal sahədə mövcud və təklif edilən xidmətlərin iş axınları müəyyənləşdirilərək vizuallaşdırılacaq, dekabrın 1-nə qədər isə bildirişlərin “MyGov” platforması üzərindən göndərilməsi təmin olunacaq.
Eyni zamanda, mayın 1-nə qədər Kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sisteminə (KXVİS) inteqrasiya üçün ilkin mənbədən alınacaq məlumat hədləri müəyyən ediməsi, fərdi identifikasiya nömrəsi (FİN) və sənəd nömrəsi əsasında abonentlərə dair məlumatların Elektron Hökumət İnformasiya Sistemi (EHİS) ilə KXVİS-ə ötürülməsi, abonentlərin vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə (VÖEN) dair məlumatlarının (kommersiya və vergi sirri təşkil edən məlumatlar istisna olmaqla) EHİS sistemi vasitəsilə KXVİS-ə ötürülməsi, iyunun 1-nə qədər Əmlak Məsələləri Dövlət Xidmətinin Ünvan Reyestri İnformasiya Sistemindən ünvan məlumatlarının EHİS sistemi vasitəsilə KXVİS-ə ötürülməsi, Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarəedilməsi Sisteminin əmlak məlumatlarının EHİS sistemi vasitəsilə KXVİS-ə ötürülməsi, digər hazırlanmış əmlakın mötəbər xəritələri üzərində (əsas xəritə, kadastr, şəhər sərhədləri, ünvan küçə xəritələri və digər coğrafi məlumatlar) məlumatlarının EHİS sistemi vasitəsilə KXVİS-ə ötürülməsi, sentyabrın 1-nə qədər isə kommunal qurumlar üzrə əsas coğrafi məlumatların (xətləri, dirəkləri, transformatorlar, paylayıcı nöqtələr və sayğaclar haqqında məlumatlar) EHİS sistemi vasitəsilə KXVİS-ə ötürülməsi planlaşdırılır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...