Mikayıl Cabbarovdan TOTAL İXTİSAR QƏRARI... - BU NƏDİ BELƏ?..
İqtisadiyyat Nazirliyində 150 nəfər işdən çıxarılır. Bu barədə Anaxeber.info-ya məlumat verilib. Xəbərə görə, nazirliyin tabeliyində olan Sahibkarlığın İnkişafı Fondu və Azərbaycan İnvestisiya Şirkətinin toplam 150 nəfər işçisinə nazirlikdən işdən çıxmaq üçün ərizə yazmaları haqqında göstəriş gəlib.
Hər şey ondan başlayıb ki, 2021-ci ildə nazirlik bir-biri ilə əlaqəsi olmayan bu iki şirkəti birləşdirib Azərbaycan Biznesinin İnkişafı Fondu adlı yeni qurum yaratmağı qərara alıb. Bu ilin fevralında heç bir təşkilati məsələ həll edilmədən yeni şirkət qeydiyyatdan keçirilib. İşçilərə əvvəlcə kompensasiya ödənilərək yeni şirkətə keçiriləcəkləri söz verilsə də, sonradan ərizə yazıb işdən çıxmaları əmr olunub. Belə izah olunub ki, işçilərə kompensasiya ödənməsi dövlət büdcəsini talamaq deməkdir.
Hüquqları pozulan işçilər isə bayramqabağı ərizə yazıb işsiz qalmalarından qorxurlar.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək