SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Alpaqut Turan Döyüş Sənəti üzrə Asossasiya Kuboku yarışı uğurla başa çatdı.

Alpaqut Turan Döyüş Sənəti üzrə Asossasiya Kuboku yarışı uğurla başa çatdı.

Tarix:

10-03-2025, 15:03

/ 272 dəfə oxundu.
Alpaqut Turan Döyüş Sənəti üzrə Asossasiya Kuboku yarışı uğurla başa çatdı.

2025-cü il martın 8-də Şağan Olimpiya İdman Kompleksində Bakı Şəhər Gənclər və İdman İdarəsinin və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının dəstəyi, Dünya Alpaqut Federasiyası Azərbaycan Nümayəndəliyinin təşkilatçılığı ilə Alpaqut Turan Döyüş Sənəti üzrə Asossasiya Kuboku keçirildi.

Tədbir ölkənin müxtəlif bölgələrindən gələn 16 komandadan ibarət 200-dən çox idmançını bir araya gətirdi. Yarış iştirakçıları Alpaqut Döyüş Sənətinin Ayça, Batur, Caymaz, Qurşaq və Kaçut sistemləri üzrə öz bacarıqlarını nümayiş etdirdilər.

Açılış mərasimində Azərbaycan Alpaqut Federasiyasının  I Vitse-prezidenti Mehman Səfərov, açılış nitqində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclər və idman siyasəti çərçivəsində həyata keçirilən layihələrin idmanın inkişafına və milli dəyərlərin qorunub saxlanılmasına mühüm töhfə verdiyini vurğuladı. Çıxış edən digər rəsmi  qonaq  Bkaı İstanbul Liseyinin direktoru Səmayə Turabova yarışın əhəmiyyətindən bəhs edərək, gənclərin milli idman irsinə marağını artırmaq üçün bu cür tədbirlərin davamlı keçirilməsinin vacibliyini qeyd etdi.

Yarışın bədii hissəsi idmançılar və tamaşaçılar üçün xüsusi anlarla yadda qaldı. Azərbaycan Alpaqut Federasiyasının Suraxanı filialının müəllimi Elşən Məmmədov və onun tələbələri Kaçut sistemi üzrə nümunəvi çıxış edərək bu sistemin fəlsəfəsini və texniki bacarıqlarını əyani şəkildə təqdim etdilər.   

Yarışın ümumi komanda üzrə nəticələri:

1-ci yer:  Sabuçu 
2-ci yer:  Ağdam 
3-cü yer  Beyləqan

Yarışın yüksək səviyyədə təşkil olunmasında yarışın direktoru Kutsan Vasif Namazov, baş katib Kürşad Rafiq Qasımov,  baş hakim Tegin Elsevər Puri, Apelyasiya şurasının sədri Qabil Hüseynov, texniki direktor Cəfər Cəfərsoy, nizam-intizam komitəsinin üzvü Ramil Mehdili, mətbuat katibi Zarina Hüseynova, yarışın komendantları Tegin Kənan Quliyev, Tegin Şahlar Vəliyev və Azərbaycan Maliyyə-İqtisad Kollecinin kollektivinin böyük əməyi olmuşdur.


Şərhlər

XƏBƏR LENTİ