Yasamal rayonu böyük təhlükədə: “FHN niyə susur?” - FOTOLAR
Memar Elçin Əliyev Yasamal rayonu ərazisində aparılmış tikintilərin yaratdığı təhlükə barədə əhəmiyyətli məlumat paylaşıb.
Tribunainfo.az xəbər verir ki, memar Yasamal rayonu Şəfayət Mehtiyev küçəsi boyunca həyətlərə girişin sonradan inşa edilmiş tikililər trəfindən tam bağlandığını bildirib. E.Əliyevin sözlərinə görə, bu böyük təhlükədən xəbər verir:
“Sadəcə, maraqlıdır ki, yanğınsöndürən maşını yanan binanın həyətinə girə bilməyəndə yanğın baş verərsə, şəxsən kim məsuliyyət daşıyacaq? Nəzərə alın ki, Şəfayət Mehtiyev küçəsinin uzun hissəsi boyunca həyətlərə tamamilə bütün girişlər tikililərlə bağlanıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində saysız-hesabsız dükanların tikintisinə belə icazələr verərkən sabahı, Allah eləməsin, gələcək faciələri düşünürlər, yoxsa ayrı-ayrı məmurların bugünkü qazancı daha önəmlidir?
Bəs Fövqəladə Hallar Nazirliyi niyə susur?”.



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...