231 nömrəli məktəbin direktoru müəllimləri təhqir edib? - Araşdırma aparılır
Sosial şəbəkələrdə Bakı şəhəri 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoya aid olduğu iddia edilən səsyazısı yayılıb.
Səs yazısından belə məlum olur ki, direktor müəllimlərin ona ad günündə aldığı hədiyyəni özünə yaraşdırmayıb və buna görə onları təhqir edib.
İddia edilir ki, direktorla bağlı dəfələrlə şikayət edilsə də, haqqında heç bir tədbir görülməyib.
“3 ilə yaxındır ki, 231 nömrəli məktəbin direktoru vəzifəsində çalışır və 3 ildə kifayət qədər şikayət olunub. Hətta müəllimin başına stəkan vurub. Amma Bakı şəhər Təhsil İdarəsi (BŞTİ) bu xəbəri gizlədib. İndi isə yeni bir şikayətlə qarşılaşırıq”, – deyə sosial şəbəkə istifadəçilərdən biri yazıb.![]()
Lamiyə İlhamsoy
Xatırladaq ki, iki il əvvəl məktəb direktoru müəllimlərin ona hədiyyə aldığı 600 manatlıq qızıl-zinət əşyasını özünə yaraşdırmayaraq pedaqoqları təhqir etdiyi iddia olunmuşdu.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, qeyd olunan məsələ ilə bağlı araşdırma aparılacaq, nəticəsi haqqında əlavə məlumat veriləcək.
Yenixeber.org

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək