“Azəriqaz”ın vəzifəli şəxsi saxlanıldı - Cahid Hüseynovun adından SOCAR torpaqlarını sənədləşdirmək istəyirmiş - Qurum cavab verdi - YENİLƏNDİ
"Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev bildirib ki, belə bir məlumat yoxdur: “Bu tip məlumatları dəqiqləşdirmədən dövriyyəyə buraxmaq qeyri-peşəkarlıqdır, jurnalistikanın qızıl qaydalarına ziddir”.
***
10:01
“Azəriqaz” İstehsalat Birliyi Baş direktorunun istismar üzrə keçmiş müavini Cahid Hüseynovun vaxtilə yüksək vəzifəyə təyin etdirdiyi qardaşı oğlu Əlihüseyn Hüseynov saxlanılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, qurumun Xaçmaz Regional Qaz-İstismar İdarəsinin Xızı rayonu üzrə Qəza-Bərpa Xidmətinin rəisi Ə.Hüseynov barəsində toplanılan çoxsaylı şikayətlər əsasında hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyat zamanı tutulub.
O, əmisi Cahid Hüseynovun nüfuzundan sui-istifadə edərək, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) balansında olan torpaq sahələrini özəlləşdirmək üçün ayrı-ayrı vətəndaşları aldadıb.
Həmçinin, Ə.Hüseynov əmisi Cahid Hüseynovun adından ayrı-ayrı vətəndaşları inandırmaq üçün pul müqabilində ələ aldığı başqa bir şəxsin vasitəsilə tərəflər arasında telefon danışığı da təşkil etdirib. Bununla Əlihüseyn Hüseynov əmisi Cahid Hüseynovun SOCAR rəhbərliyi və kirvəsi “Azəriqaz” İstehsalat Birliyinin sabiq Baş direktoru Ruslan Əliyevlə olan şəxsi əlaqələrindən istifadə edərək, vətəndaşlara vəd etdiyi torpaq sahələrini özəlləşdirəcəyinə inandırıb.
Qeyd: Hazırda onun qardaşı Ceyhun Hüseynov və digər yaxın qohumları “Azəriqaz” İstehsalat Birliyində yüksək vəzifələrdə çalışırlar. Həmin şəxslərin siyahısı bir neçə ay öncə mediada dərc olunmuşdu.
Məsələ ilə bağlı İstehsalat Birliyinə sorğu ünvanlanıb.
Xatırlatma: Bir neçə gün öncə, “Azəriqaz”a və Birliyin mətbuat katibi Eldəniz Vəliyevə C.Hüseynovun direktor müavini vəzifəsindən azad edilməsi ilə bağlı sorğu ünvanlasaq da, cavab verilməyib. Cahid Hüseynovun adı “Azəriqaz”da yeyinti faktlarında da hallanır.
Fotoları təqdim edirik

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...