SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Çin şirkətləri Azərbaycana investisiya yatırmaqda maraqlıdırlar

Çin şirkətləri Azərbaycana investisiya yatırmaqda maraqlıdırlar

Tarix:

12-02-2025, 15:51

/ 174 dəfə oxundu.
Çin şirkətləri Azərbaycana investisiya yatırmaqda maraqlıdırlar

Yanvarın 20-də öz işinə başlayan və dörd gün davam edən ənənəvi Davos İqtisadi Forumu Azərbaycan üçün həm beynəlxalq əməkdaşlıq platforması, həm də strateji hədəfləri reallaşdırmaq nöqteyi-nəzərindən ən yaxşı fürsətdir. Bu qlobal tədbirdə irəli sürülən təşəbbüslər və layihələr Azərbaycanın gələcək inkişafına mühüm töhfələr verə bilər. Sayca 55-ci olan və bu dəfə «Ağıllı əsr üçün əməkdaşlıq» devizi altında toplaşan Forumda 60 dövlət və hökumət başçısı daxil olmaqla 130-dan çox ölkədən 3000-ə yaxın lideri iştirak edib.  
Bu mənada deyə bilərik ki, forum sadəcə dünya liderlərinin bir araya gəldiyi görüş yeri deyil. O, enerji, logistika, ekologiya, iqtisadiyyt və texnologiya sahələrində əsas oyunçu kimi öz mövqeyini gücləndirmək üçün meydandır.  Bu gün Avropanın enerji təhlükəsizliyində də Azərbaycanın mövqeyi getdikcə güclənir. 2024-cü ildə Cənubi Qaz Dəhlizi vasitəsi ilə 12 milyard kubmetr qaz ixrac edən Azərbaycan Avropa İttifaqı ölkələrinin Rusiyanın enerji mənbələrindən asılılığını azaltmaq üçün əsas vasitəyə çevrilib. Davosda müzakirə edilən yeni razılaşmalar, qaz təchizatını artırmaqla yanaşı, ixrac coğrafiyasını genişləndirə bilər ki, bu da Azərbaycanı Avropa üçün əvəzolunmaz tərəfdaşa çevirəcək. Azərbaycan on Avropa ölkəsini bu problemdən xilas edir. Təbii ki, bu sahədə Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyi beynəlxalq səviyyədə dəstəklənir və ölkəmizə hörmət qazandırır.
Prezident İlham Əliyev Forum çərçivəsində qarşı tərəflərin müraciətləri əsasında bir sıra dövlər başçıları və şirkət rəhbərləri ilə görüşlər keçirib və yanvarın 20-də həm də Davosda CGTN (China Global Television Network) telekanalına müsahibə verib. Müsahibədə Azərbaycan-Çin münasibətlərinə xüsusi yer ayrılıb. Qeyd edilib ki, qazıntı enerji növlərinə malik olan ölkələrin məsuliyyəti əldə etdikləri gəlirləri yaşıl texnologiyaya və yaşıl enerjiyə investisiya etməkdən ibarətdir. Bu gün Azərbaycanda bu istiqamətdə işlərə xususi fikir verilir. Azərbaycanda investorlar üçün yaxşı investisiya mühitini yaradılıb. Ölkəmizin 2027-ci ilə qədər olan hədəfi 2 giqavat həcmində Günəş və külək elektrik enerjisini hasil etməkdir. 2030-cu ilə qədər isə bu hədəf 6 giqavatdır. Bu, Azərbaycanda enerji sahəsində bir inqilab olacaqdır. Bildirilib ki, bu layihələrə sərmayə yatıran xarici şirkətlər olan investorlar, o cümlədən Azərbaycandan olan yerli şirkətlər Çin texnologiyasından istifadə edirlər. Günəş panelləri Çində istehsal olunur. Hazırda hər iki dövlətin mütəxəssisləri enerjinin tədarükü imkanları üzərində işləyirlər və   müəyyən edilib ən yaxşı batareyaları məhz Çində istehsal olunur.
 Hazırda Çin şirkətləri təkcə xidmət və texnologiyaların təmin edilməsində yox, həmçinin Azərbaycana investisiya yatırmaqda maraqlıdırlar və bu proses artıq gedir. COP29-da Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsi barədə müqavilə imzalandı. Beləliklə, Mərkəzi Asiya ilə Azərbaycanı və potensial olaraq Çini enerji kabeli ilə bir-biri ilə bağlanacaqdır. Digər bir layihədə belə bir kabel xətti Qara dənizin dibi ilə Azərbaycandan Avropaya uzanacaq.
Bu, növbəti bir bağlantı layihəsidir. Bu, yaşıl enerji üçün bir dəhlizdir və onun nəhəng potensialı var. Azərbaycanın külək və Günəş enerjisi potensialı artıq bəllidir. Cənab Prezidentin qeyd etdiyi kimi “Beləliklə, bizə bazarlar, texnologiya və əməkdaşlıq lazımdır. Çünki qonşu ölkələr arasında əməkdaşlıq olmadan bu layihələrin icrası mümkün deyil. Beləliklə, potensial buradadır və siz qeyd etdiyiniz kimi, Azərbaycan yaşıl keçiddə çox fəal rol oynayır”.
Bu yaxınlarda Çin vətəndaşları Azərbaycana səfər etmək üçün viza almaq tələbindən azad edildilər. Beləliklə, indi Çin vətəndaşları heç elektron viza üçün də müraciət etmək məcburiyyətində deyillər. Ümid edirik ki, tezliklə Azərbaycan vətəndaşları da bu fürsətdən yararlanacaq. Beləliklə, bu, turistlərin sayını, xalqlar arasında təmasları artıracaq və əlbəttə ki, ictimai diplomatiya öz rolunu oynayacaq. 
Bu gün Çin iqtisadiyyatı çox sabitdir və bu, qlobal iqtisadiyyatın mühüm bir amilidir. Qazıntı enerji növləri üzrə sabit qiymətlərə ehtiyacı olan Azərbaycan kimi ölkə üçün Çin iqtisadiyyatı da mühüm bir amildir. Çin iqtisadiyyatı sürətlə inkişaf etdikcə, qazıntı enerji növünə olan tələbat daha da artır. Odur ki, biz Çin iqtisadiyyatının həmişə inkişaf etməsi nöqteyi-nəzərindən maraqlıyıq. 
Prezident İlham Əliyev öz müsahibəsində iki ölkə arasında əlaqələrin gələcək perspektivlərinə də toxundu. Bildirdi ki, “Bəli, gözləntilər çox böyükdür. Lakin mən əminəm ki, istedadlı Çin xalqı bir həll yolunu tapacaqdır. Əminəm ki, onlar artıq yeni inkişaf nöqtələrinə çatıblar, çünki sizin ölkəniz texnologiyada liderdir və Azərbaycanda bir çox Çin şirkətləri öz xidmətlərini və texnologiyasını təmin edir. Bizim indicə müzakirə etdiyimiz kimi, yaşıl texnologiya sahəsində heç kim sizinlə rəqabət apara bilməz. Dünyanın müxtəlif yerlərindən olan, müxtəlif şirkətləri təmsil edən investorlarımız bu tutumları quraşdırmaq üçün Çin texnologiyasını seçirlər”.
Son illərdə əldə edilən böyük qələbələr Prezident İlham Əliyevin düşünülmüş siyasətinin məntiqi nəticəsidir. Ancaq ölkəmizin inkişaf sürəti deməyə əsas verir ki, Azərbaycan hələ çox nailiyyətlərə imza atacaq, öz inkişafının ən yüksək pilləsinə yüksələcək. Məhz bu məqsədlə dövlətimizin rəhbəri Davosda  dünyada tanınmış transmilli şirkətlərin prezidentləri, dövlət xadimləri və nazirlərlə bir sıra görüşlər keçirib, danışıqlar aparıb. Dediyimiz kimi, bütün bunlar ölkəmizin dayanıqlı inkişafına, Azərbaycan xalqının rifahına və təhlükəsiz həyatına zəmin yaradacaqdır.
 
Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru

Şərhlər

XƏBƏR LENTİ