"Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər?" - ETİRAZ VAR...
- 5-02-2025, 11:03
- 317
Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
“Hətta qonşu dövlətlərdə qiymətlər belə deyil. İnternetin sürətindən danışırıqsa, onlarda sürət bizdən artıqdır, keyfiyyəti də yüksəkdir. “Azercell” kimi digər şəbəkələrin xidmət haqqı çox aşağıdır. Məsələn, Rusiyada, Gürcüstanda, hətta Ermənistanda, Orta Asiyada bunu açıq şəkildə müşahidə edə bilərik. Camaatın gəliri qalxmadığı halda tariflərin bahalaşması ziyanlı məsələdir. Buna yaxşı baxmıram. Düşünürəm, müvafiq orqanlar bundan nəticə çıxarmalıdırlar. Axı bu nə deməkdir? Bu qədər tənqid olunur, süni qiymət artımına qarşı çıxılır, amma heç bir nəticə vermir. Deməli, bunun üçün daha ciddi, yüksək səviyyəli tədbirlər görmək lazımdır”, - Tahir Kərimli bildirib.