"Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər?" - ETİRAZ VAR...
“Ölkədə ümumi süni bahalaşma fonunda “Azercell”in tarifləri kəskin qaldırması ciddi tənqid olunacaq məsələdir. Az qala elə bir parametr yoxdur ki, qiymətlər qalxmasın - ərzaq məhsulları, dərmanlar, xidməti sahələri... İnsanlar “Azercell” və digər mobil operatordan istifadə etməyə məcburdurlar. İnternetin sürəti isə çox aşağıdır. Bu, böyük narahatlıq doğurur. Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər? Az əməkhaqqı alırlar, dolanışıqları çətindir, pensiya ilə dolanırlar. Əlbəttə ki, onlar üçün bu, böyük yükdür”.
Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
“Hətta qonşu dövlətlərdə qiymətlər belə deyil. İnternetin sürətindən danışırıqsa, onlarda sürət bizdən artıqdır, keyfiyyəti də yüksəkdir. “Azercell” kimi digər şəbəkələrin xidmət haqqı çox aşağıdır. Məsələn, Rusiyada, Gürcüstanda, hətta Ermənistanda, Orta Asiyada bunu açıq şəkildə müşahidə edə bilərik. Camaatın gəliri qalxmadığı halda tariflərin bahalaşması ziyanlı məsələdir. Buna yaxşı baxmıram. Düşünürəm, müvafiq orqanlar bundan nəticə çıxarmalıdırlar. Axı bu nə deməkdir? Bu qədər tənqid olunur, süni qiymət artımına qarşı çıxılır, amma heç bir nəticə vermir. Deməli, bunun üçün daha ciddi, yüksək səviyyəli tədbirlər görmək lazımdır”, - Tahir Kərimli bildirib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək