Hüquq müdafiəçisi neftçilərin maaş artımı ilə bağlı ÇAĞIRIŞ ETDİ - "İnsafınız olsun..."
Tanınmış insan hüquqları müdafiəçisi, “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı bu gün ən ağır şərtlər altında çalışan neftçilərin hüquqları ilə bağlı növbəti çağırışda bulunub. "DİA-AZ" xəbər verir ki, M.Qəhrəmanlı növbəti dəfə hökumətə səslənərək neftçilərin maaşlarının artırılmasını tələb edib.
Xatırladaq ki, buna qədər də hüquq müdafiəçisi anoloji müraciətlə aidiyyatı qurum və şəxslərə xitab etmişdi.
Onu da əlavə edək ki, son günlər ayrı-ayrı sahələrdə çalışan işçilərin maaşlarına 10 faizlik artım qərarları elan olunsa da, nədənsə neftçilərlə bağlı belə biraddım atılmır ki, məhz bu səbəbdən NHMT sədri növbəti dəfə müraciət etməli olub.
Mirvari Qəhrəmanlı müraciətində deyir:
"Hörmətli SOCAR prezidenti Rövşən Nəcəf və SOCAR Müşahidə Şurasının sədri cənab Mikayıl Cabbarov! Neftçilər 3 ildir ki, əmək haqlarının artırmını gözləyirlər.
İnsafınız olsun..."

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək