SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Muxtar Babayev: COP29 Sədrliyi COP30 təşkilatçıları ilə həmrəydir

Muxtar Babayev: COP29 Sədrliyi COP30 təşkilatçıları ilə həmrəydir

Tarix:

22-01-2025, 18:02

/ 155 dəfə oxundu.
Muxtar Babayev: COP29 Sədrliyi COP30 təşkilatçıları ilə həmrəydir

COP29 Sədrliyi COP30-un Braziliyada uğurla keçirilməsinə, hamı üçün səmərəli və faydalı olmasına dəstək verməyə hazır olduğunu bildirir.
COP29-un prezidenti Muxtar Babayevin bu sözləri sədrliyin "X" sosial şəbəkəsindəki paylaşımında öz əksini tapıb.
"Biz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasının (COP30) prezidenti vəzifəsinə Braziliyanın xarici işlər nazirinin müavini Andre Korrea du Laqunun, COP30-un baş direktoru vəzifəsinə isə iqlim dəyişikliyi üzrə milli katib Ana Toninin təyin olunmasını alqışlayırıq. O, COP29 Sədrliyinin COP30-un uğurunu təmin etmək üçün dəstək verəcəyinə əmin edib", - paylaşımda qeyd olunub.

Şərhlər

XƏBƏR LENTİ