Hospital rəisindən Elçin Quliyevə şikayət - NARAZILIQ VAR...
Dövlət Sərhəd Xidmətinin ehtiyatda olan zabiti Fərid Əzizli adıçəkilən xidmətin rəisi general-polkovnik Elçin Quliyevə müraciət edib.
Gununsesi.info–nun xəbərinə görə, bu müraciətə səbəb onun DSX-nın Hərbi Hospitalında işləyən yoldaşının üzləşdiyi qanunsuzluqlardır:
“Bildirirəm ki, həyat yoldaşım Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında tibb xidməti kapitanı rütbəsini daşıyır, həkim ginekoloq və cərah kimi fəaliyyət göstərir.
Hərbi hospitalın rəisi Polkovnik Şükür Eyvazov bir müddətdir xanım hərbi qulluqçuya qarşı qərəzli münasibət göstərir,ona əsassız intizam cəzaları verərək işdən uzaqlaşdırmaq və ya xidmət yerini dəyişdirmək kimi pis niyyətini həyata keçirmək istəyir.![]()
Buna səbəb polkovnik Ş.Eyvazovun hərbi hospitalda öz şəxsi maraqlarına uyğun həkim kollektivi formalaşdırmaq istəyidir.
Bu barədə 2024-cü il oktyabr ayında Cənab Elçin Quliyevə müraciət olunub. DSX rəisi bu məsələyə müdaxilə etdikdən sonra ,xanım hərbi qulluqçunun üzərindən intizam cəzaları götürülmüşdür.
İntizam cəzaları il sonunda hərbi qulluqçulara verilən mükafat pulunun faiz dərəcəsinə təsir göstərməsinə baxmayaraq, DSX rəisi daha humanist atdım ataraq hərbi hospitalın bütün heyətinin intizam cəzaların bağışlamış, mükafat pulunun tam ödənilməsi üçün göstəriş vermişdir.
Vaxtilə bəzi məsələlər də Elçin Quliyevə qarşı düzgün mövqedə olmadığıma baxmayaraq, cənab general-polkovnik mənim ailə üzvümə qarşı qərəzli,prinsipial münasibət göstərməmiş.Əksinə xanım hərbi qulluqçunun vaxtı vaxtında rütbələrini təqdim etmiş,onun xidmətini medallarla qiymətləndirmişdir.
Öz rəhbərindən nümunə götürməyi bacarmayan polkovnik Şükür Eyvazov, vəzifə səlahiyyətlərini aşaraq xanım hərbi qulluqçunun qanunu, dövlət tərəfindən təyin edilən əmək haqqını 2 aydır ki, kəsib. Polkovnik Şükür Eyvazovun xidmətdə yol verdiyi nöqsanlar barədə DSX-in rəisi cənab general -polkovnik Elçin Quliyevə 13 yanvar 2025- ci ildə yenidən müraciət olunub. İnanıram ki, DSX rəisi ədalətli qərar qəbul edəcək”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...