Dələduzu azad edən hakim Elnur Nuriyev ölkəni biabır etdi
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyev dünyaya "səs" salmaqda davam edir.
Onun 165 sakinə qarşı dələduzluq etmiş "Sahil S İnşaat" firmasının şəriki Pənah Kərimovu ev dustaqlığına buraxması artıq ölkənin siyasi platformalarında, sosial şəbəkələrdə müzakirə edilir, tanınmış siyasət adamları tərəfindən dilə gətirilir. Şirkətin rəhbəri Taley Alaverdiyev həbsdə olduğu halda, onun şəriki Pənah Kərimovu heç bir əsas olmadan ev dustaqlığına buraxmaq etiraz doğurmaqdadır. Çünki məhz Pənah Kərimov şirkətə qoşulduqdan sonra dələduzluq halları baş verib, bu şəxs bir mənzili bir neçə adama satıb. İndisə hakim Elnur Nuriyevin onu azad etməsi sakinləri ayağa qaldırıb. Ötən həftə bir qrup vətəndaş Məhkəmə-Hüquq Şurası qarşısında toplaşaraq hakim Elnur Nuriyevin dələduz Pənah Kərimovu azad etməsinə etiraz bildiriblər. Üstəlik, bu faktı Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli də vurğulayıb. O, jurnalistlərlə söhbəti zamanı hakim Elnur Nuriyevin 165 ailəni aldadan dələduz Pənah Kərimovu ev dustaqlığına buraxdığını xatırladıb. Qeyd edək ki, hakim Elnur Nuriyev həbsdə olan Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun işi üzrə prosesə sədrlik edir. İndisə bu hakimi bütün Azərbaycan ictimaiyyəti tanıdı ki, kimi müdafiə edərək evə buraxıb.(anaxeber.info)

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...