Gəncəli Mübarizin oğlunun ermənilərlə şərikli biznesi… - TƏFƏRRÜAT
- 4-01-2025, 16:25
- 400
Axar.az xəbər verir ki, bununla bağlı internet üzərindən apardığı apaşdırma zamanı bəzi maraqlı nüanslar ortaya çıxıb.
Belə ki, Rusiya Federasiyasının dövlət qurumlarının elektron sistemə yerləşdirdikləri ictimaiyyətə açıq məlumat bazasında yer alan məlumata görə, Ramin Niyazov bir neçə il öncə Markosyan Süzanna Albertovna ilə “Astra” MMC şirkətini təsis edib.
Onların hər biri şirkətdə 50 faiz paya malikdir.
Şirkətin direktoru isə Markosyan Mila Vanovnadır. O, təsisçilərin razılığı ilə 2 iyun 2023-cü ildən “Astra” MMC-yə rəhbərlik edir.
Mila Markosyan Ermənistan vətəndaşıdır.
Bundan başqa, Ramin Niyazovun digər ermənilər - Andreasyan Ripsime Qarnikovna, Markosyan Van Otarovic, Osipova Era Aşotovna ilə birgə əməkdaşlığının olduğu, hazırda bu işbirliyinin davam etdiyi də iddia edilir.
Onu da qeyd edək ki, rəsmi məlumatlara görə “Astra” MMC 30 iyun 2021-ci ildə qeydiyyata alınıb. “Astra” MMC-nin hüquqi ünvanı kimi Moskva vilayəti, Balaşixa şəhəri, Sitnikov küçəsi, ev 8, mənzul 256 göstərilir.
“Astra” MMC qida məhsullarının pərakəndə satışı ilə məşğuldur. Onun fəaliyyət sahəsində əsas yeri ixtisaslaşmamış mağazalarda tütün məmulatları və içkilərin satışı tutur. Amma şirkətin meyvə və tərəvəz, balıq, ət və ət məhsulları, çörək və un məmulatları, şirniyyatların satışı ilə də məşğul olduğu da qeyd olunur.
Məsələ ilə bağlı R.Niyazovla əlaqə yaratmaq mümkün olmayıb. Onun Bakıdakı vəkili A.Məmmədov isə bu məsələyə münasibət bildirmək istəmədiyini bildirib.