Qəza törədən “AA” seriyalı maşın haqda yeni xəbər
Xəbər verdiyimiz kimi, bazar günü Bakıda ağır yol qəzası baş verib. Xəzər rayonu ərazisində - dəniz sahilinə gedən yolda 90 AA 159 dövlət qeydiyyat nişanlı "Lexus" yolu keçən piyadanı vurub. Ağır xəsarət alan 45 yaşlı kişi hadisə yerində ölüb.
Avtomobil yüksək sürətlə hərəkət edirmiş. Məlum olub ki, 90 AA 159 dövlət nömrə nişanı “VAZ” markalı avtomobilə məxsus olub. Bu nömrə DYP-nin mərkəzi məlumat sistemində “Belrustroy” MMC-yə məxsus “VAZ” markalı avtomobilin üzərində qeydə alınıb. Lakin “Lexus”un sahibi qanunsuz olaraq başqa nəqliyyat vasitəsinə məxsus nömrə ilə sürət həddini aşarkən piyadanı vurub öldürüb.
Qeyd edək ki, bəzi imkanlı şəxslər avtomobilinə AA seriyalı nömrə almaq üçün daimi fəaliyyəti olmayan şirkət yaradırlar. Çünki DYP AA seriyalı nömrələri yalnız hüquqi şəxslərə verir. Nömrəni əldə etdikdən sonra onu bəzən bir neçə avtomobilin üzərinə bağlayıb sürürlər. Bəzən isə üzərində AA seriyalı nömrə olan ucuz avtomobilləri nömrə qarışıq alaraq sonradan həmin nömrədən öz məqsədləri üçün istifadə edirlər. İstifadə olunmayan “VAZ”a məxsus avtomobilin nömrəsindən istifadə edir, qaydaları pozur, elektron protokollar – MMX-lar da “VAZ”a tətbiq olunur. Lakin bu cərimələr illərlə ödənilmir. Yol polisi də həmin cərimələri ödətdirmək üçün avtomobilin özünü saxlamalıdır. Lakin avtomobil sürülımədiyi üçün onu tapmaq mümkün olmur. Beləcə, hər il belə işbazlara görə yüzlərlə cərimə ödənilmir. Və bu cür əməllərə əl atanlara elə gəlir ki, AA seriyalı nömrə ilə qəzaya düşmək olmur, qaydaları da tapdalamaq olar. Amma qəza qaçılmazdır. Necə ki, 90 AA 159-u idarə edən sürücü belə bir halla üzləşib.
Avtosfrer.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək